XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2017 - 13:29

Saakaşvilinin qaldığı otel mühasirədə –Sərhədçi və polislər onun özüylə görüşdə israrlıdırlar

Ukrayna sərhəd xidmətinin əməkdaşları və polislər sentyabrın 12-də Mixail Saakaşvilinin qaldığı Lvovdakı “Leopolis” otelinə gəliblər.

Bu barədə Azadlıq Radiosunun “Nastoyaşie vremya” telelayihəsi məlumat verir.

Saakaşvilinin yaratdığı “Yeni qüvvələr hərəkatı”nın üzvü İvan Slobodyanik özünün “Feysbuk” səhifəsində yazır ki, onlar, guya, Saakaşviliyə Ukraynanın dövlət sərhədini qanunsuz keçməsi barədə protokol təqdim etmək istəyirlər.

Mənbənin məlumatına görə, onları Saakaşvilinin vəkilləri qarşılayıb. Amma hüquq-mühafizə orqanlarının əməkdaşları deyiblər ki, onlar protokolu Saakaşvilinin şəxsən özünə təqdim etmək istəyirlər.

“Ukrainskaya Pravda”nın yazdığına görə, otelin ətrafına xeyli jurnalist toplaşıb.

Saakaşvilinin tərəfdaşı David Sakvarelidze özünün “Feysbuk" səhifəsində yazır ki, artıq Ukraynada onun sərhədi keçməsinə kömək edənlərin həbsinə başlanıb, Çerkass və İvano-Frankovskda fəallar həbs olunub.

Sakvarelidze, Saakaşvili və onun tərəfdarlarının hüquqlarını müdafiə etmək üçün bütün Lvov sakinlərini “Leopolis” otelinin qarşısına toplaşmağa çağırıb.

Qeyd edək ki, Saakaşvili Ukraynanın Odessa vilayətinin keçmiş qubernatorudur.