XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2017 - 12:09

“Azadlıq” qəzetinin direktoru Faiq Əmirli azadlığa buraxıldı –QƏRAR

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin məhkəmə prosesi keçirilib.

Məhkəmənin qərarı ilə Faiq Əmirli azadlığa buraxılıb.

F. Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. 2017-ci il aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb – Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

F.Əmirli ittihamı qəbul etməyib.