Iraqın baş naziri Heydər Əl-ibadi İraqın şimalındakı kürd muxtar bölgəsinin rəhbərliyini hərbi müdaxilə ilə hədələyib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın baş naziri kürdlərin sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqilliklə bağlı referendum aktının şiddətə yol açacağı halda, bölgəyə hərbi müdaxilə edəcəklərini bəyan edib: "Biz buna hazır vəziyyətdəyik".
Heydar Əl-İbadi kürdlərin referendum qərarının təhükəi gərginliyə yol acağağını deyərək, Iraqın suverenliyini təhdid etdiyini Bərzani hökumətini açıq təhdid edib: "İraqın konstitusiyasına, sərhədərinə qarşı gəlirlər. Bu bölgə ölkələrinə də Iraqın işğal etməsi baxımından açıq dəvətdir. Bir sözlə, Iraqın suverenliyi, onun xalqını huquqdan kənar hər hansı bir formada təhdid edilməsi halında, hərbi müdaxilə edəcəyik".
Strateq.az