XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 Sentyabr 2017 - 12:39

Ərdoğan Trampla görüşöncəsi mesaj verdi:"Bərzani israr edərsə, Türkiyə öz gücünü göstərəcək"

Türkiyə prezidentin Ərdoğan sentyabrın 19-da BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər edib.

Strateq.az TRT-yə istinadən xəbər verir ki, yolüstü Atatürk Hava Limanında mətbuat konfransı keçirən prezident kürdlərin İraqın şimalında müstəqilliklə bağlı seçki qərarına bir daha münasibət bidirib.

Ərdoğan bu seçkinin qəbuledilməz olduğunu deyib:

"Biz əvvəldən İraqın ərazi bütovlüyünü dəstəkləmişik və bölgənin sərhədlərinin yenidən dəyişilməsini yolverilməz hesab etmişik. Bu barədə Məsud Bərzaniyə də çox açıq formada fikrimizi çatdırmışıq. Görürəm ki, bu məsələ ilə bağlı rəsmi Bağdadla da yollarımız kəsişir. BMT topantısı zamanı ABŞ-da İraqın baş naziri Heydər Əl İbadi ilə görüşüb, bu məsələni detallı müzakirə edəcəyik.

Bilirsiniz, ayın 21-də ABŞ-da cənab Trampla da görüşəcəyəm. Ayın 22-də isə Türkiyə Milli Təhükəsizlik Şurasında toplanıb, bölgəmizdəki son durumu ətrafı müzakirə edib, qərarımızı açıqlayacağıq.

Bir daha deyirəm, Türkiyə bölgədə yeni bir dövlətin yaranmasına imkan verməyəcək. Əgər bu qədər açıq mövqeyimizdən sonra da Bərzani israr edərsə, Türkiyə öz gücünü göstərəcək".

Xatırladaq ki, Ərdoğan sentyabrın 19-da BMT Baş Assambleyasında çıxış edəcək.

Strateq.az