XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

17 Sentyabr 2017 - 20:35

“Şimali Koreya belə davam edəcəyi halda, “yox” olacaq” –ABŞ-ın BMT-dəki daimi nümayəndəsindən xəbərdarlıq

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Şimali Koreyanın dünyaya meydan oxuyan hərəkətlərini davam etdirəcəyi halda, "yox" olacağını bəyan edib.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, Heyli BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə proqramını durdurmaq cəhdlərinin tükəndiyini bildirib: "Artıq elə vəziyyət yaranıb ki, ABŞ problemi Pentaqona yönəltmək məcburiyyətində qalıb. Bu səbəbdən məsələnin birbaşa müdafiə naziri Ceyms Mettisə həvalə olunmasından çox şadam".

Heyli deyib ki, hazırda masada hərbi müdaxilə ilə bağlı bir neçə plan var: "Əgər Şimai Koreya belə davranışını davam etdirərsə, ABŞ həm özünü, həm də mütəffiqlərini müdafiə etməli olacaq. O zaman Şimali Koreya yıxılacaq. Biz bunu bilirik. Düzdür, biz savaş istəmirik. Ona görə Şimali Koreya diqqətlə düşünməlidir".

Strateq.az