XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 18:44

İraq Ali Məhkəməsi kürdlərin müstəqillik arzusunu “boğdu” –Referendum qərarı ləğv edildi!

İraq Ali Məhkəməsi İraq Kürd Muxtar Vilayətinin 25 sentyabrda keçirmək istədiyi referendum qərarını ləğv edib.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə dövlətin tələbini və seçkinin qanuna zidd olmasını əsas gətirərək, keçirilməsini dayandırıb.

Bu barədə məhkəmədən bidirilib ki, referendumu İraq baş naziri Heydər İbadi ilə parlamentin 4 deputatının iddia tələbi əsasında dayandırıbar: "Məhkəmə Kürdistan və mübahisəli bölgələrdə referendumun durdurulması üçün gələn tələbləri dəyərəndirib. Yekin olaraq, 25 sentyabrda keçirilməsi panlanmış referendumun konstitusiyaya zidd olduğunu əsas gətirilib, durduruldu".

Xatıradaq ki, kürdlərin lideri Bərzaninin referendum qərarına İraq mərkəzi hökuməti, eyni zamanda bölgədə yaşayan türkmən və ərəblər, həmçinin ABŞ, BMT, İngiltərə, Türkiyə və İran qarşı çıxıblar.

Hətta İraqın baş naziri Heydər İbadi referendumun qanunsuz olduğunu deyərək, Bərzani hökumətinin hərbi müdaxilə hədələyib. İraq parlamenti isə referendum aktını birmənalı rədd edib. Lakin dünən Bərzani vilayət məclisini toplayaraq, təhdidlərə boyun əyməyəcəklərini bəyan edərək, seçkini keçirəcəklərini elan edib.

Məhkəmə isə bu gün seçkini dayandıran qərar verib.

Maraqlıdır, bundan sonra nə baş verəcək? Bərzanı İraq Ali Məhkəməsinin qərarına əməl edəcək, yoxsa "yola davam" deyəcək?