XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 18:35

Nalbəndyandan şok açıqlama:“Qarabağa təhlükə yaratmayan ərazilərin Azərbaycana qaytarılması müzakirə olunur”  

Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ilk dəfə olaraq işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılacağının mümkünlüyü barədə danışıb.

Strateq.az bildirir ki, Ermənistan diasporasının Yerevanda keçirilən forumunda çıxış edən Nalbəndyan erməni ictimai rəyində müzakirə edilən Qarabağ münaqişəsinin həlli üçün işğal edilmiş Azərbaycan ərazilərinin qaytarılması planı ilə bağlı sualı cavablandırıb.

O bildirib ki, burada söhbət  separatçı rejimə təhlükə yaratmayan ərazilər nəzərdə tutulur. “Söhbət Qarabağın təhlükəsizliyinə təhlükə yaratmayacaq ərazilərdən gedir. Digər təfərrüatları aça bilmərəm,”- deyə Nalbəndyan vurğulayıb.

O, qeyd edib ki, münaqişənin həlli yalnız dinc danışıqlar yolu ilə mümkündür və bunun alternativi yoxdur.