XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 20:14

YPG/PKK terrorçuları panika içində: rus təyyarələri Deyr-əz-Zorda onları hədəfə götürüb –45 ölü, onlarla yaralı

Güneş (Türkiyə), 18.09.2017


Türkiyə Astanada Suriya görüşündə istədiyini alıb; Xalq Özünümüdafiə Dəstələrinin (YPG) terrorçuları panikaya düşüblər. Rusiya təyyarələri Deyr-əz-Zorda YPG-nin mövqelərinə zərbə endirib, 45 terrorçu həlak olub. Terrorçu təşkilat bu cür əməliyyatların davamından qorxaraq Moskvanın hərəkətinə reaksiya verib.

Yeddil boyunca müharibənin sürdüyü Suriyada durumun tənzimlənməsinə yollar aramağa yönəlik Astana görüşündə son dərəcə mühüm qərarlar qəbul edilib. Türkiyə, Rusiya və İran bir çox məsələlər üzrə razılığa gəlib və Ankara istədiyini əldə edərək masadan qalxıb. Hər şeydən əvvəl İdlib məsələsi və “Demokartik Birlik” Partiyası (PYD)/YPG-nin bölgədə vəziyyəti müzakirə olunub. Tərəflər bu şəhərdə üç ölkənin müşahidəçilərinin iştirakını razılaşdırıblar.

YPG terrorçu təşkilatına qarşı ilk konkret addım isə Rusiyadan gəlib. Əvvəllər terrorçularla bir kadra düşmüş Rusiya gücləri, əslində, Türkiyə üçün məsələnin həssaslığını nəzərə alan jest ediblər. Rusiya hərbi təyyarələri Suriyanın Deyr-əz-Zor şəhərində YPG terror təşkilatına zərbə vurub. Rusiyanın hava həmləsi nəticəsində, ən azı, 45 terrorçu öldürülüb, onlarla yaralı var. YPG terror təşkilatı Rusiya zərbəsinin ardınca bəyanat verib. YPG-yə yaxın kimi tanınmış xəbər saytlarında dərc olunmuş bu bəyanata əsasən, YPK/PKK-nın baş komandiri Sipan Həmo İŞİD-lə mübarizəni bəhanə kimi irəli sürərək ruslardan izahat tələb edib.

 

YPG Deyr-əz-Zora girə bilməyib

 

Biz İŞİD-ə qarşı vuruşuruq, – terrorçuların komandiri deyib. – Rusiya və Suriya rejimi YPG-nin mövqelərini bombalayır. Biz istəyirik ki, Rusiya bunu niyə etdiyini izah etsin. Rusiya və Suriya rejimi İŞİD-lə bir yerdədir və işidçilərə yardım edir?”

ABŞ-ın dəstəklədiyi YPG Rusiyanın işə qarışması ilə öz məqsədinə – Suriyanın cənubuna irəliləmək – yetə bilməyib. Terrorçulardan qabaq Deyr-əz-Zor şəhərinin mərkəzində yerləşmiş Rusiya YPG-ni şimala – kanton deyilən ərazilərə çəkilməyə vadar edib.

Tərcümə Strateq.az-ındır.