ABŞ Senatı Ukraynanı müdafiə və təhlükəsizlik sferalarında dəstəkləmək üçün 500 milyon dolların ayrılmasını nəzərdə tutan “ABŞ-ın 2018-ci il üçün milli təhlükəsizlik ehtiyacları büdcəsi haqqında qanun” layihəsini qəbul edib.
Strateq.az Ukrayna mətbuatına istnadən xəbər verir ki, bu haqda Ukrayna dövlət başçısının “Twitter”dəki səhifəsi vasitəsiylə məlumat yayılıb.
Məlumatda bildirilir ki, qanun layihəsi Ukraynaya müdafiə xarakterli öldürücü (letal) silahların verilməsinə icazə verir: “İlk dəfədir ki, qanunvericilik səviyyəsində Ukraynaya hava hücumundan müdafiə və suüstü şəraitə nəzarət üçün radiolokasiya vasitələri, mina əleyhinə hərbi-dəniz vasitələri, sahilboyu və sahil mühafizə gəmiləri kimi müdafiə vasitələrinin verilməsi təklif olunur”.