XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 15:47

Baş Prokurorluqdan “Turan”la bağlı xəbərə reaksiya:"Cinayət işinin istintaqı davam etdirilir"

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti "Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı açıqlama yayıb.

Prokurorluqdan Strateq.az-a verilən məlumata görə, "Turan"la bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir:

"Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

"Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir".