XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2017 - 09:20

Ərdoğandan BMT tribunasında Azərbaycana dəstək:"Ərazi bütövlüyü bərpa olunmalıdır" + VİDEO

"Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi bölgədə sülhün bərqərar olması üçün əsas şərtdir".

Bu sözləri Türkiyə prezidenti Ərdoğan ötən gecə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı deyib.

Dünyadakı münaqişələrdə sülhün təmin edilməsinin vacibliyinə toxunan Türkiyə prezidenti Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün beynəlxalq ictimaiyyətinin çox ciddi səy göstərməli olduğunu vurğulayıb: “Bu gün məhəl qoymadığımız hər bir münaqişənin, sabah regional, hətta qlobal münaqişəyə çevrilə bilmə ehtimalını əsla unutmamalıyıq”.

APA