XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2017 - 10:13

Şimali Koreyanın XİN rəhbəri BMT-də Trampı təhqir etdi:"Onun çıxışı itin hürməsi kimidir"

BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlmiş Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo assambleyada Amerika prezidenti Donald Trampın çıxışını "itin hürməsi" hesab edib.

Bu barədə yerli "Yonxap" agentliyi məlumat yayıb.

Şimali Koreya XİN rəhbəri deyib: "Əgər o, düşünürsə ki, itin hürməsi bizi qorxudacaq, həqiqətən bu, it fantaziyasıdır".

Agentlik nazirin bu ifadə ilə "İt hürər, karvan keçər" məsələni nəzərdə tutduğunu qeyd edib.

Qeyd olunur ki, Koreya dilində "it fantaziyası" isə absurd, mənasız, əbəs kimi başa düşülür/Trend.