XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

21 Sentyabr 2017 - 16:13

Keçmiş prezident Sərkisyanı “topa tutdu”:“O, əclafdır, öz xalqına qarşı Stalin KQB-sindən daha qəddardır"

"Ölkəmiz cəhənnəmə çevrilib. Həm kəndlərdə, həm də şəhərlərdə əhalinin 98 faizi yoxsulluq içərisində yaşayır".

Bunu Ermənistanın Qarni qəsəbəsində seçicilərlə görüşdə ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan bildirib.

O, çıxışında ölkənin hazırki hakim elitasını sərt tənqid edərək onları oğru və əclaf adlandırıb: “Ölkə rəhbərliyində xalqı fəlakətə sürükləyən oğrular, fırıldaqçılar, əclaflar, satqınlar əyləşib. Bu sadəcə sözlər deyil. Bunu sizə sübut edəcəyəm: Seçkilərdə sizə səs üçün 5-10 min dram (25 dollara) rüşvət vəd etdilər. Amma həftə ərzində onlar bu pulları özlərinə qaytaracaqlar. Çünki rüşvət verən adamların mağazaları və müxtəlif bizensləri mövcuddur. Onlar qiymətləri qaldıracaqlar və siz məcbur olub müxtəlif malları baha qiymətə alacaqsınız”.

Onun sözlərinə görə, Ermənistanda polis və məhkəmələr təzyiq alətinə çevrilib: “Onlar öz xalqına qarşı Stalin KQB-sindən daha qəddardırlar. Stalin insanları Yakutsk, Sibir, Altaya zorla sürgün edirdi. Amma Serj Sərkisyan insanları o həddə çatdırıb ki, artıq onlar əsir düşərgələrində əziyyət çəkən babalarının yerlərinə könüllü gedir”.

Ter-Petrosyan həmçinin digər həmkarı Serj Sərkisyan sələfi Robert Koçaryan haqqında da danışıb: “1998-ci ildə Köçəryanın prezidenti olduğu zaman Ermənistanı bir milyon adam tərk edib. İndi isə təsəvvür edin ki, qarşıdan gələn parlament seçkilərində Serj Sərkisyan yenə qalib gələcək və onun seçkilərdə qələbəsinin təmin edilməsi üçün yaxın illərdə daha bir milyon insan Ermənistanı tərk edəcək. Və bu ölkədə kim qalacaq? O otlağa çevriləcək”.

Azvision.az