Türkiyənin 11-ci prezidenti Abdulla Gül sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin keçirəcəyi referenduma reaksiya verib.
Strateq.az xəbər verir ki, bu barədə keçmiş prezident "Twitter" hesabında yazıb.
Gül qeyd edib: "İki müsəlman ərəb ölkəsi olan Iraq və Suriyanın bel sümüyü onsuz da qırılıb. Bölgədə bu qədər acı və fəlakət yaşanarkən, indi də qaçılmaz ərəb-kürd savaşının başlamasına yol açacaq referendum qərarından vaz geçilməlidir. Bunun İraq kürdləri üçün də yaxşı olacağını düşünürəm. Bundan başqa, referendum türkmən, kürd və ərəb xalqlarının bir yerdə yaşadığı Kərkükdəki mövcud vəziyyəti daha da pisləşdirəcək".