XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2017 - 22:20

“AAAF Holdinq” rəhbərindən şok müraciət:"Heç kəs məni öz yolumdan döndərə bilməz" - VIDEO

"AAAF Holdinq” MMC-nin təsisçisi, tanınmış iş adamı Tofiq Heydərov həm öz adı, həm də rəhbərlik etdiyi şirkətlər ətrafında gəzən söz-söhbətlər, şayiələrə aydınlıq gətirib.

Strateq.az BakuPost.az-a istinadla xəbər verir ki, o, öz fecebook səhifəsində  videomüraciət yayaraq, rəhbərlik etdiyi şirkətlə bağlı yayılan məlumatlara aydınlıq gətirib, sensasiya sayılacaq faktlar açıqlayıb. 

Tofiq Heydərov AAAF Park Yaşayış Kompleksinin qarşılaşdığı problemlər, onların həll prosesi, bank, girov, vergi və digər məsələlər haqda ətraflı danışıb. Təsisçi hər şeyə rəğmən təzyiqlərə təslim olmayacağını, yolundan dönməyərək işini davam etdirəcəyini qeyd edib: "Hörmətli izləyicilərim və dostlarım, ötən gün mediada haqqımda yayılan xəbərlər və İcra orqanlarının hərəkətləri həqiqətən məni çox üzdü. Azərbaycanda olmadığıma görə Facebook hesabıyla sizlərə bildirirəm ki, narahat olmayasınız. Bu gün həqiqətən də çox acınacaqlı vəziyyətdir. Bunu 30 mindən artıq dinc sakinin dövlətə qarşı qaldırılmasına bir cəhd adlandırıram. "AAAF Park” doğrudan da böyük ailədir. Uzun illərdir bu işlər kimlərsə tərəfindən quraşdırılır. Kimlərinsə "AAAF Park”da gözü var. Biz bunu dəfələrlə qeyd etmişik”.

Son günlər "AAAF Park” ətrafında baş verən proseslər, bir-birini təkzib edən informasiyaların, hətta Tofiq Heydərovun həb edilməsi barədə şayiələrin dolaşdığı bir vaxtda belə bir videomüraciətin maraqla qarşılanacağını nəzərə alaraq, onu təqdim edirik: