XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2017 - 18:20

Iraq daxili savaş astanasında: Kərkükə əsgər göndərilir, neft quyuları təslim alınacaq… –Parlament qərar verdi

Iraq parlamenti Kərkük neftinin mərkəzi hökumətə təsim edilməsi və referendumda səs verən məmurların vəzifədən uzaqlaşdırılması haqda rəsmi qərar qəbul edib. Bununla yanaşı, parlamentin qərarı ilə Kərkükə əsgər göndəriləcək.  

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim Zamili mətbuat konfransında məlumat verib.

Komitə sədri bildirib ki, qərar təhlükəsizlik və icra orqanlarında vəzifə tutan bütün şəxsləri əhatə edəcək: "Büdcə qurumlarında çalışan və səsvermədə iştirak edən bütün məmurlar vəzifələrindən çıxarılacaq. Eyni zamanda, Kərküklə yanaşı, digər mübahisəli şəhərlərə hərbi birliklər göndəriləcək. Yeri gələrsə, onlara hərbi gücdən istifadə etmək səlahiyyəti də veriləcək".

Strateq.az