XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

25 Sentyabr 2017 - 22:43

Ərdoğan Bərzanini açıq şəkildə hədələdi:"Dedim axı, bir gecə anidən gələ bilərik”

Türkiyə prezidenti Ərdoğan Şimali İraqdakı Kürd Muxtariyyətinin müstəqilliklə bağlı bu gün keçirdiyi referenduma çox sərt reaksiya verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, Silopidə ordunun hərbi təlimini izlədikdən sonra Bərzani hökumətinə, o cümlədən Suriyadakı PYD-YPG terror qruplarına çox sərt xəbərdarlıq edib: "Şimali İraqdakı referendum, – ölkənin yaşadığı duruma nəzər salsaq, görərik ki, – fürsətcillik məqsədi daşıyan bir addımdır. Bölgə bir tayfanın yaşayış sahəsi deyil. Orada türkmən və ərəb qardaşlarımızın haqları var. Referendumun nəticəsindən aslı olmayaraq, biz onu "yox" hökmündə qəbul edirik. Bu, qeyri-qanunidir. İraqın mərkəzi hökuməti də, məhkəməsi də bunu açıqladı.

Biz bütün addımları atırıq, atacağıq da. Boş yerə silahlı qüvvələrimiz sərhəddə deyil. Anidən, bir gecə ora girə bilərik. Kimsəyə güzəşt yoxdur. Bununla yanaşı, Haburdakı giriş-çıxışlarda da lazımi addımlar atılacaq. Buradan ora daha əvvəlki kimi qapılar açıq olmayacaq. Bütün bunlarla bağlı İraq mərkəzi hökumətinin mövqeyinə uyğun addım atılacaq. Bəs, Ərbil nefti hara axıdacaq? Borunun açarı bizdədir. Onu da bağlasaq, iş bitdi. Güzəşt yoxdur.

Hələ Suriyada YPG/PYD terror qrupları var, onlar da orada, guya, kurd dəhlizi yaratmaq istəyirlər. Daha bir terror dövlətinin qurulmasına izn verməyəcəyik. Bu, onlar üçün quru bir yuxudur. Dedim axı, bir gecə anidən gələ bilərik”.

Strateq.az