XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2017 - 11:08

“Son iki ay ərzində dəfələrə Ərdoğanla danışmaq istədik, ancaq o, imtina etdi” –Bərzani

Xəbər verdiyimiz kimi, dünən İraq Kürd Bölgə Muxtariyyəti rəsmi Bağdad və dünyanın önəmli ölkələrinin etirazlarına baxmayaraq, müstəqilliklə bağlı referendum keçirib.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, muxtar vilayətin baş naziri Nəçrivan Bərzani referendumu müzakirə etmək üçün son iki ay ərzində dəfələrə rəsmi Ankaraya mesaj göndərib, görüşmək istədiklərini bildirib:

"Türkiyənin bizi anlamasını gözləyirik. Yenə deyirik, referendum əsla sentyabrın 26-da Kürdüstan dövlətini elan edəcəyimiz anlamına gəlmir. Mən son iki ayda şəxsən cənab Ərdoğanla dəfələrə danışmağa, görüşməyə cəhd etdim, yenə də edirəm. Təəssüf ki, hətta telefonla danışmaq cəhdlərimiz alınmadı".

Bərzani deyib ki, Ərdoğan onunla, o cümlədən vilayətin lideri Məsud Bərzani ilə təmasa keçməkdən imtina edib.