XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 18:30

Gürcüstan parlamentindən tarixi qərar –Prezidenti xalq deyil, 300 nəfərlik xüsusi seçki kollegiyası seçəcək

Gürcüstan parlamenti 117 səslə ölkə Konstitusiyasına düzəlişləri qəbul edib.

Parlament sədri İrakli Kobaxidze qərarı tarixi adlandırıb.

Parlamentdə təmsil olunan müxalif “Vahid Milli Hərəkat” və “Avropalı Gürcüstan” partiyaları iclasda iştirakdan imtina ediblər. Müxalif “Vətənpərvərlər Alyansı” isə dəyişikliklərin əleyhinə səs verib.

Yenilənmiş Konstitusiyanın 2018-ci ilin prezident seçkilərindən sonra qüvvəyə minməsi gözlənilir.

Parlamentin qədul etdiyi əsas düzəlişlər parlament seçkiləri və prezidentin seçilməsi proseduru ilə bağlıdır. Qəbul olunmuş dəyişikliklərə əsasən, deputatların proporsional seçki sistemi ilə, Gürcüstan prezidentinin isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçilməsi nəzərdə tutulur.  

Dəyişikliklər təsdiq üçün prezident Giorgi Marqvelaşviliyə təqdim olunacaq. Dövlət başçısı Konstitusiyaya nəzərdə tutulmuş bir sıra dəyişikliklərlə razı olmadığını dəfələrlə bəyan edib.

Onun dəyişikliklərə veto qoymaq hüququ var.

APA