XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2017 - 09:18

Rəsmi Tehrandan kürdlərə mesaj:"Referendumun keçirilməsi çox böyük strateji səhvdir”

"İraqın kürd muxtariyyətində referendumun keçirilməsi ciddi səhvdir".

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Hesab edirik ki, bu, ciddi səhvdir. İran daim kürdlərin dostu olaraq qalacaq. Lakin referendumun keçirilməsi çox böyük strateji səhvdir”, deyə Zərif qeyd edib.

Ötən gün, İraqın şimalındakı kürd muxtariyyətində sentyabrın 25-də keçirilən müstəqillik referendumunun nəticələri açıqlanıb. Səsvermədə iştirak edənlərin 92,73%-nin müstəqilliyin lehinə səs verib/APA.