XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

29 Sentyabr 2017 - 18:41

Nikolay Patruşev yenidən Bakıda… –Akademik Ramiz Mehdiyevlə görüşdü – FOTO   

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana gəlib.

Strateq.az xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, RF Təhlükəsizlik Şurasının katibi Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Bakıda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparıblar:  “Regional təhlükəsizlik, dini ekstremizm və terrorçuluqla mübarizədə qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq mövzusu müzakirə olunub”.

Məsləhətləşmələrə yekun vuran Patruşev qeyd edib ki, Rusiya ilə Azərbaycanın münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli gündəlik məsələlər üzrə strateji tərəfdaşlığın inkişaf etmiş xarakteri ilə seçilir.

Baş tutmuş bugünkü məsləhətləşmələri şərh edən RF Təhlükəsizlik Şurasının katibi Rəşid Nurqaliyev isə bildirib: “Beynəlxalq informasiya təhlükəsizliyi sferasında olan hazırkı situasiya böyük narahatlıq yaradır. Bir sıra ölkələr dünyaya informasiya məkanında özlərinin şəxsi, yalnız onlara sərf edən oyun qaydalarını sırımaq istəyirlər. Bununla əlaqədar informasiya-texnologiyalar sahəsində münaqişələrin qarşısını almaq, orada dövlət suverenliyinə hörmət prinsiplərini möhkəmləndirmək, digər dövlətlərin daxili işlərinə qarışmamaq, insan hüquqlarına hörməti qorumaq zəruri məsələyə çevrilib ”.