XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2017 - 17:23

Ərdoğandan Avropa və Bərzaniyə mühüm mesajlar:"Bizim Avropa Birliyinə ehtiyacımız qalmayıb..."

Türkiyə prezidenti Ərdoğan bu gün Böyük Millət Məclisində gündəmlə bağlı bir sıra açıqlamalar verib.

Strateq.az TRT-yə istinadən xəbər verir ki, o, terrorla mübarizə tədbirləri başa çatana qədər ölkədə tətbiq edilən fövqəladə vəziyyətin davam edəcəyini bidirib:

"Terrorla mübarizə istiqamətində aparılan əməliyyatlara ehtiyac qalmadığı andan fövqəladə vəziyyət qərarı ortadan qaldırılacaq".

Ərdoğan Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 26-da keçirdiyi referendumdan sonra atılacaq addımlar haqda danışıb.

O, Kərkükdə ehtimal olunan hər hansı bir gərginliyə Türkiyənin sakit qalmayacağını bəyan edib: "Türkiyə Kərkükdəki vəziyyətə sakit yanaşa bilməz. O ki qaldı qanunsuz referenduma, əgər vilayət rəhbərliyi yanlışdan dönərsə, Türkiyə yenə onların yanında olacaq".

Türkiyə prezidenti Avvropa Birliyi ilə aralarında yaşanan gərginliyə də toxunub: "Bilirsiniz, onlar Türkiyəni 1963-cü ildən qapıdan gözlədirlər. Əslinə baxarsanız, bizim Avropa Birliyinə ehtiyacımız qalmayıb. Türkiyə Avropa Birliyindən cavab alana qədər yenə düşündüyüm siyasəti davam etdiriləcək".

Strateq.az