XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Oktyabr 2017 - 01:25

Trampdan öz dövlət katibinə maraqlı çağırış:"Enerjini boşuna sərf etmə, biz nə lazımsa, onu edəcəyik"

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun Şimali Koreya lideri ilə müzakirələr keçirilməsi səylərini "boşa sərf edilmiş vaxt" adlandırıb.

Donald Tramp Twitter hesabında yazıb: "Reks, enerjini əbəs yerə sərf etmə, biz nə lazımsa, onu edəcəyik".

"ABŞ Şimali Koreya ilə birbaşa kommunikasiya kanalı açıb və Kim Çen In rejiminin nüvə silahları iddiasından geri çəkilmələri ilə bağlı müzakirələrdə maraqlı olub-olmadıqlarını araşdırır". Bu sözləri isə Çində səfərdə olan ABŞ Dövlət Katibi Reks Tillerson deyib.

Dövlət Katibinin Pekinə səfərinin əsas məqsədi Çinin Koreya Xalq Demokratik Respublikasına qarşı “maksimum təzyiq” kampaniyasında əməkdaşlıq etməsidir.

Koreya yarımadasında gərginliyin artdığı bir zamanda Tillerson Çin prezidenti Şi Tsinpinq ilə Şimali Koreyanın nüvə proqramı müzakirə etməklə yanaşı, noyabr ayında ölkəyə prezident kimi ilk dəfə gələcək Donald Trampın səfərinə hazırlıq işləri ilə məşğul olub.

ABŞ Çin rəsmiləri ilə Şimali Koreyanın kömür, dəmir, qurğuşun və dəniz məhsullarının idxalının azaldılması ilə yaxın məsləhətləşmələr aparır.

Tam icra edildiyi halda, bu ixtisarlar Şimali Koreyanın gəlirlərini əhəmiyyətli şəkildə azaldacaq. Dövlət Departamentinin verdiyi məlumata görə, Şimali Koreya 2016-cı ildə Çindən ixrac olunan məhsullardan 1.5 milyard dollar qazanıb.

Çin Şimali Koreyanın bir nömrəli ticarət tərəfdaşıdır. Vaşinqton deyir ki, sanskiyalar təşəbbüsünə Çinin də qoşulması Pxenyanın ağır valyuta qazanmaq imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.

Amerikanın Səsi