XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2017 - 17:17

Rəsul Quliyev qayıdışa və 2018-ci il seçkilərinə hazırlaşır:"Qatılacağam"

Azərbaycan parlamentinin sabiq sədri, 20 ildən çoxdur ABŞ-da siyasi mühacirətdə yaşayan Rəsul Quliyev 2018-ci ilin prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Bu haqda məlumatı AzPolitika.info saytı eks-spikerin müsahibəsinə istinadla yayıb.

Sayt bildirir ki, həmin müsahibəsində Rəsul Quliyev Azərbaycana qayıtmaq planları ilə bağlı suala cavabında deyib: “Bu hadisənin baş verməsi həm də hökumətin mənim gəlməyimin nə qədər vacib olmasını anlamasından keçir. Ümid edək ki, Azərbaycana dönməyim 2018-də baş tutacaq”.

Prezident seçkilərində iştirakla bağlı suala eks-spiker birmənalı təsdiq cavabını verib: “Qatılacağam”.