Prezident İlham Əliyev Dünya Azərbaycanlıların Həmrəylik günü ərəfəsində növbəti əfv fərmanı imzalayıb.
Bunu millət vəkili Azay Quliyev Facebook-da yazıb. Onun yazdığına görə, bu dəfəki əfv fərmanı 210 nəfərə şamil edilib.
“Cənab prezident gözlənilən əfv sərəncamını imzaladı və 210 nəfər cəzanın qalan hissəsindən azad edildi. Cənab prezidentə qəbul etdiyi belə bir humanist qərara görə təşəkkürümü bildirir və əfv olunanları isə təbrik edirəm” – deyə, A.Quliyev qeyd edib.
Qeyd edək ki, əfv olunanların siyahısı hələ açıqlanmayıb.