XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2017 - 23:54

Bərzani Türkiyəyə meydan oxudu, Kərkükə getdi –Peşmərgə komandirləri ilə qapalı görüş + FOTO

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani sentyabrın 25-də keçirilən referendumdan sonra ilk rəsmi səfərini bu gün Türkiyənin xüsusi diqqətində olduğu və mübahisəli bölgə sayılan Kərkükə edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bərzani Kərkükə peşmərgənin komandiri ilə gəlib:

"Bərzanini Kərkükdə Iraq Kürdistan Yurdsevərlər Birliyinin (İKYB) sədr müavini və eyni zamanda, Bərzaninin köməkçisi olan Kosrət Rəsul və diğər rəsmi şəxslər qarşılayıblar. O, İKYB-nin Kərkük təşkilatını ziyarət edib. Daha sonra isə Kərkükdə təhlükəsizliyi qoruyan peşmərgə komandirləri ilə qapalı görüş keçirib. Qapalı görüşdə nələrin müzakirə olunduğu isə gizli saxlanılır".

Türkiyə mediası isə Bərzanini Kərkükə səfər etməsini, orada peşmərgə ilə bir araya gəlməsini rəsmi Ankaranın maraq  və çağışlarına məhəl qoymaması kimi dəyərləndirir. Bildirilir ki, Kərkükə səfərlə sanki rəsmi Ankaraya meydanoxuma görüntüsü verən Bərzaninin bu hərəkəti münasibətlərin daha da sərtləşməsinə səbəb olacaq.

Strateq.az