XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

03 Oktyabr 2017 - 13:40

“Həmsədrlər regiona prezidentlərin görüşünü müzakirə etmək üçün gəlir” –Nazir açıqladı

ATƏT-in Minsk qrupu həmsədrləri oktyabrın 6-da İrəvana səfər edəcəklər.

Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, vasitəçilər Azərbaycana oktyabrın 7-də gələcəklər.

"Həmsədrlər regiona prezidentlərin görüşünü müzakirə etmək üçün gəlirlər. Vasitəçilər Nyu-Yorkda təklif etdikər ki, substsntiv, məntiqli danışıqlar olsun. Onlar təklif edirlər ki, prezidentlərin görüşündən sonra məntiqli danıqlar keçirək və məsələni yerindən tərpədək", – deyə E. Məmmədyarov qeyd edib/APA.