XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 16:52

Ermənistan parlamentinə Avrasiya İttifaqından çıxmaqla bağlı qanun layihəsi təqdim olunub:“İqtidar xalqı yarıac və asılı halda saxlayır”

Ermənistan parlamentinə Yerevanın Avrasiya İttifaqından çıxması ilə bağlı qanun layihəsi təqdim olunub.

Strateq.az erməni KİV-lərinə istinadən bildirir ki, parlamentin “Çıxış” deputat blokunun hazırladığı bu layihədə parlamentin müvəqqəti komissiyasının yaradılması təklif olunur.  

Fraksiya adından çıxış edən deputat Aram Sərksiyan Ermənistanın bugünkü vəziyyətini sərt tənqid edib: “Qardaşım Vazgen Sərksiyanın öldürülməsindən sonra Ermənistanın azadlığı və müstəqilliyinə son qoyuldu”– deyə, o, vurğulayıb.

Qeyd edək ki, Vazgen Sərksiyan 1999-cu ildə Ermənistanın baş naziri olub. Həmin ilin oktyabr ayında parlamentdəki məşhur gülləbaran nəticəsində Sərkisyan və spiker Karen Dəmirçiyan həlak olub.

Aram Sərksiyan ölkədə geniş vüsət almış miqrasiyada hökuməti günahlandırıb: “Nə qədər uşaq Ermənistandan kənarda doğulub, nə qədər uşaq yetim böyüyür. Çünki ataları qazanc üçün ölkədən çıxıb gediblər. Ailənin bütün ağırlığı qadın çiyinlərinə düşüb.  Görün, indiki iqtidar ölkəni hansı vəziyyətə salıb”.

A.Sərksiyan bildirib ki, hakimiyyət xalqı yarıac və aslı halda saxlayır.