XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 19:53

Kamerunun ingilisdilli əhalisi ölkəni parçalayır: etirazçılar yeni dövlət qurduğunu elan etdi –Daha bir ölkədə qanlı qarşıdurma

Kamerunun ingilis dilində danışan Anqlofon bölgəsi özünün müstəqilliyini elan edib. Yeni dövlətə isə "Ambazoniya" adı verilib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, 22 milyon əhalisi olan Kamerunda cəmi 5 milyon ingilis dilində danışan insan var:

"Həmin 5 milyon insan avqust ayından etibarən, ölkədə "üsyan küləyi" əsdirir. Onlar Ambazoniya adlı dövlət qurduqlarını bəyan edərək, mərkəzi hakimiyyətə tabe olmaqdan imtina ediblər. Hökumət isə müstəqillik sevdası olan şəxslərin terrorçu olduqlarını bəyan edərək, həbslə hədələyib.

Bundan sonra paytaxt başda olmaqla, əsasən, ölkənin qərb bölgəsində yaşayan ingilisdilli insanlar etiraz aksiyalarına start veriblər. Aksiyalar hər keçən gün böyüyür. Hökumət bölgəyə 5 min əsgər göndərib. Ehtiyac olarsa, hərbi qüvvələrin sayının artırılacağı da bildirilib".

Məlumata görə, müstəqilliklə bağlı bayram yürüşü keçirən etirazçı tərəfdarları ilə hökumət qüvvələri arasında tez-tez qanı qarşıdurmada da baş verir: "Qarşıdurmada ən azı 8 mülki şəxs öldürülüb, xeyli yaralı var.  Lakin Anqlofon bölgəsinin insanları geri çəkilməyib. Əksinə, yeni dövlət adı verdikləri "Ambazoniya"nın bu gün başçısını seçdildiyini, hətta rəsmi dövlət dilininin müəyyənləşdirildiyini də elan ediblər. Yeni dövlətin prezidenti Sisiku Ayukunun, dövlət dilinin isə ingilis dili olduğu açıqlanıb".

Məlumata görə, 35 ildir Kameruna rəhbərlik edən 85 yaşlı prezident Paul Biya isə üsyançıların sərt formada cəzalandırılacağını bəyan edib: "Ölkədə gərginlik yaradan, onu parçalamağaa çalışan bu terrorçular ən sərt formada cəzalandırılacaqlar".

Strateq.az