XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 11:39

“İnternet məkanı vətəndaşların etirazlara cəlb olunmasına xidmət edir” –MDB Antiterror Mərkəzindən terror xəbərdarlığı

"MDB ölkələri üçün terror təhlükəsinin səviyyəsi əvvəlki kimi yüksək qalır".

Bu barədə MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin yaydığı məlumatda deyilir. 

Bildirilir ki, bunun ən kəskin forması beynəlxalq terror təşkilatlarının MDB ölkələrinin vətəndaşlarını əməkdaşlığa cəlb etməsidir: "İnternet məkanı bu gün terror təşkilatlarında aktiv iştiraka çağırışla yanaşı, MDB ölkələri vətəndaşlarının etirazlara cəlb olunmasına, onların radikallaşmasına və müxtəlif növ tapşırıqların icrasına cəlb olunmasına xidmət edir.

2014-2017-ci illərdə sosial şəbəkələrdə ekstremist mahiyyətli materialların sayı 6 dəfədən çox olub. Antiterror mərkəzinin analizinə əsasən MDBölkələrində daxil olması qadağan edilən internet resursların 90 faizi MDB-dən kənarda fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, distant “cəlb etmə” texnologiyasından istifadə terrorizmin inkişafına xidmət edən əsas amildir". 

APA