XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 22:30

“Yaxın vaxtlarda bütün hava və quru yolu bağlanacaq, necə girib-çıxacaqsan?” –Ərdoğan Bərzanini təhdid etdi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 25-də keçirdiyi referendumla bağlı daha bir sərt bəyanat verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan muxtariyyətin lideri Məsud Bərzanini etdiyi hərəkətlərə görə "uşaq" adlandıraraq, onu təhdid edib: 

"Referendum adlandırılan həmin hadisə sadəcə səbəbdir. Nəticə bundan sonra üzə çıxacaq. İş hələ bitməyib. Ətrafında İran, Türkiyə, Suriya, İraq var. Ordan necə çıxacaqsan? Yaxın vaxtlarda bütün hava yolu bağlanacaq, sərhədlər qapadılacaq. Bundan sonra giriş-çıxışı necə edəcəksən?! Bir dövləti idarə edən belə uşaqlıqmı edər?!

Türkiyənin milli təhlükəsizliyini hədəf alan açıqlamalar, təhdidlər səsləndirmək kimsənin həddi deyil.  O referendumun heç bir qanuniliyi yoxdur. Daha bəri başdan bitdin. Atdığın addımın zatən heç bir qiyməti yoxdu. Bu, nə uşaqlıqdır?! Belə etdikcə, həmişə boşda qalarsan".