XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Oktyabr 2017 - 13:11

Ərdoğan: “İdlibin içi bizim, çölü Rusiyanındır” –Türkiyə və Rusiya Suriyada birgə əməliyyata başladı

"Türkiyə Silahlı Qüvvələri Suriyanin İdlib şəhərində deyil. Orada hələlik Azad Suriya Ordusu (ASO) var. Əməliyyatı da ASO aparır".

Strateq.az TRT-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda İdlibdə Türkiyənin dəstək verdiyi ASO tərəfindən aparılan əməliyyat davam edəcək: "Bu, çox ciddi və yeni hərbi əməliyyatdır. Orada ciddi bir hərəkat başlandı. Hələbdən qaçıb İdlibə sığınanlara əlimizi uzatmalıyıq. Ancaq orada türk əsgəri yoxdur, bu əməliyyatı ASO aparır. İdlibin təhlükəsizliyini təmin etdikdən sonra digər bölgələrlə bağlı yeni qərarlar qəbul ediləcək".

Ərdoğan bildirib ki, əməliyyata Rusiya havadan, Türkiyə isə qurudan dəstək verir: "Yenə deyirəm, İdlibin içi bizim, çölü Rusiyanındır".

Ərdoğan onu da deyib ki, Türkiyənin sərhədində yeni bir kürd dəhlizinin yaradılmasına imkan verilməyəcək.