XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Oktyabr 2017 - 02:09

İran ABŞ-ı hədələdi:"Amerika öz hərbi bazalarını 2 min kilometr uzağa çəkməli olacaq"

İranın İnqilab Qvardiyasının rəhbəri Məhəmməd Əli Cəfəri Vaşinqtonun yeni sanksiyalarından sonra Amerikanın Yaxın Şərqdəki hərbi bazalarının raket hücumuna məruz qalacağı ilə hədələyib.

Strateq.az Amerikanın Səsi-nə istinadla xəbər verir ki, Məhəmməd Əli Cəfəri bunu ABŞ prezidenti Donald Trampın qarşıdakı 6 ay ərzində İranın sazişin şərtlərinə əməl etməməsinə görə ona qarşı daha sərt ölçülər götürüləcəyi haqda bəyanatına cavab olaraq deyib.

"Biz onların bu ölkəyə etdiklərinə göz yummayacağıq. İran razılığın bir çox elementini pozub. Tehran razılığın ruhunu belə dəyişib. Oktyabrda nə edəcəyimizin şahidi olacaqsınız", – deyə Tramp bildirib.

Məhəmməd Əli Cəfəri isə deyib ki, Amerika öz hərbi bazalarını İranın raketlərindən 2 min kilometr uzağa çəkməli olacaq.

Xatırladaq ki, Amerikanın hərbi bazaları Bəhreyn, İraq, Oman və Əfqanıstanda yerləşir. Onların hər biri İran sərhədlərindən 500 kilometrlik ərazidədir.

Cəfəri ABŞ-la müzakirələri rədd edərək, Amerikanın İnqilab Qvardiyasını terror qrupu adlandırdığına görə, ABŞ ordusunun da terrorçu olduğunu bildirib.

O deyib ki, Amerikanın sanksiyaları Vaşinqtonla Tehran arasında hər bir mümkün əlaqəni yox edəcək.

İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi ölkəsinin ABŞ tərəfindən qorxudula bilməyəcəyini deyib. O bildirib ki, İran möhkəm dayanıb və 2015-ci il nüvə razılığına görə İslam Respublikası hər bir amiranə mövqeyə ciddi reaksiya verəcək.