XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2017 - 09:28

Rəsmi Ankara ABŞ-a cavab verdi –Amerikalılara viza verilməsi dayandırıldı

Rəsmi Ankara ABŞ-ın türk vətəndaşlarına viza qadağasına sərt cavab verib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyi məlumat yayıb.

Səfirlik bəyanatında qeyd edib ki,  ABŞ vətəndaşlarına viza verilməsi dayandırılıb.

Maraqlıdır ki, ABŞ hansı səbəblə viza qadağası qoyduğunu elan edibsə, Ankara da eyni səbəbi bəyanatında göstərib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək, həbs edilib. Bu isə tərəflər arasında gərginliyi artırıb.