XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2017 - 15:30

ABŞ ilə Türkiyə arasındakı viza böhranının səbəbi aydınlaşdı –CASUS QALMAQALI BÖYÜYÜR

ABŞ və Türkiyənin qarşılıqlı olaraq viza verilməsini dayandırmasının səbəbi ortaya çıxıb.

Strateq.az "Milliyyet" qəzetinə istinadla xəbər verir ki, ötən günlərdə saxlanılan ABŞ-ın İstanbuldakı konsulluğunun işçisi Mətin Topuzun ardınca daha bir həbs qərarının verilməsi böhranı dərinləşdirib və Vaşinqtondan vizaların verilməsinin dayandırılması haqda qərar çıxıb.

“Vətən” qəzetinin Ankara təmsilçisi olan Murat Çelikin xəbərinə görə, ötən günlərdə ABŞ-ın İstanbul konsulluğunun işçisi Mətin Topuzun casusluq iddiası ilə tutulmasıyla yaranan gərginlik dünən İstanbul Baş prokurorluğunun aldığı yeni həbs qərarı ilə böhrana çevrilib.

Baş prokurorluğun ABŞ konsulluğu ilə polis qurumları arasında koordinasiyanı təmin edən bu adam haqqında qərar verməsindən sonra gərginlik zirvəyə qalxıb. Haqqında həbs qərarı verilən bu şəxsin hələlik yaxalanmadığı və konsulluqda olduğu bildirilir.

 

Topuz dəfələrlə FETO-çularla əlaqəyə giribmiş

ABŞ-ın İstanbul konsulluğunun işçisi Metin Topuz

 

“Yeni Şafak” qəzetinin xəbərinə görə isə, ABŞ-ın İstanbul konsulluğunun işçisi Mətin Topuzun FETÖ-çü polis şefləriylə birlikdə ABŞ-a səfər etdiyi ortaya çıxıb. Topuzun başqasının adına qeydiyyatda olan telefon xəttilə saxta dəlil və səs qeydlərinin ölkə xaricinə çıxarılması işində FETÖ-çülərlə əlaqəli olduğu müəyyən edilib.

 

Çevrilişçilərlə də əlaqəsi ifşa edilib

 

Beş gün öncə həbs edilən Mətin Topuzun əlaqəli olduğu FETÖ-çü polis şeflərindən əlavə, 15 iyul çevriliş çəhdinə qatıldığına görə tutulan İstanbul Vilayəti Jandarmasının sabiq komandiri polkovnik Gürcan Secan və çevriliş toplantılarına qatılan İstanbul Vilayəti Jandarması komandirinin müavini podpolkovnik Oktay Akkaya ilə də əlaqəsi müəyyən edilib.

Bundan başqa, Topuzun çevriliş cəhdi zamanı Ankarada “Çevrilişə müqavimət göstərən hər kəsin vurulması və silahların təslim edilməməsi” kimi təlimatları verən Zəki Taşkın ilə də telefonla danışdığı müəyyən edilib. Topuzun telefon danışıqlarının qeydlərini araşdıran prokurorluq onun, FETÖ ilə bağlı olmaları səbəbilə, istintaqa cəlb edilən 121 şəxslə intensiv rabitədə olmasının qeydə alındığını müəyyənləşdirib.

"Haberturk"ün son məlumatına görəsə, ABŞ konsulluğu ilə polis qurumları arasında koordinasiyanı təmin edən adamın həyat yoldaşı və oğlu da istintaqa cəlb edilib.