XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

09 Oktyabr 2017 - 15:25

Qırğızıstanda dövlət çevrilişinə cəhd? –Hakimiyyət kütləvi iğtişaş planının üstünü açdığını deyir

Qırğızıstanda oktyabrın 15-də keçiriləcək prezident seçkiləri günü kütləvi iğtişaşların hazırlandığı məlum olub.

Strateq.az "RİA-Novosti”yə istinadən bildirir ki, bu barədə Qırğızıstan prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, iğtişaş planını kriminal ünsürlərin iştirakı ilə ayrı-ayrı siyasətçilər hazırlayıb, hakimiyyət isə bu hazırlıqlardan xəbər tutub: “Maliyyə isə xaricdən alınıb”.

Bununla əlaqadar prezident Almazbek Atambayev MDB dövlət başçılarının Soçi görüşünü təxirə salıb.

Xatırladaq ki, artıq bununla bağlı Qırğızıstan parlamentinin deputatı Kanatbek İsayev həbs olunub. O, prezidentliyə namizəd Omurbek Babanovun tərəfdarı kimi tanınır. Sabiq baş nazir Omurbek Babanov Atambayevin namizədi hesab olunan Sooronbay Jeenbekovun ən ciddi rəqibi sayılır. Deputat İsayev Babanovun məğlub olacağı təqdirdə, hakimiyyəti zorla ələ keçirmək  planını hazırlamaqda ittiham olunur.

15 oktyabrda keçiriləcək seçkilərdə 12 namizəd qeydiyyatdan keçib.