Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağıdakı hakimləri həmin məhkəmənin kollegiya sədrləri təyin edilsinlər:
Şəlalə Ağakərim qızı Məmmədova – Mülki Kollegiyanın sədri
Hikmət Abbas oğlu Mirzəyev – İnzibati-İqtisadi Kollegiyanın sədri
Şahin Yaşar oğlu Yusifov – Cinayət Kollegiyasının sədri.
Qeyd edək ki, Hikmət Mirzəyev Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevin qardaşıdır.
Strateq.az