XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2017 - 13:43

Qırğız prezident bu dəfə də ABŞ-ı ittiham etdi:"ABŞ-a dünyada demokratiyanın bərqərar olması lazım deyil"

"ABŞ-ın Özbəkistana hərbi texnika verməsi ilə bağlı qərarından heyrətləndim”.

Bunu Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev “Eurasia Group” analitik mərkəzi və “Time” jurnalının icmalçısı İen Bremmerə müsahibəsində bildirib.

“Mən ABŞ Prezidenti Barak Obamanın pərəstişkarlarından idim. 2014-cü ildə Özbəkistanın mərhum prezidenti İslam Kərimov da belə demişdi: “Yəqin, bölgədə müharibə olacaq”.  Bundan sonra ABŞ Özbəkistana əvəzsiz olaraq 328 zirehli hərbi maşın verəndə, heyrətləndim. Onda ABŞ hakimiyyəti və Dövlət Departamentinin əməli məndə təəccüb doğurdu. ABŞ-dan sərmayə və yardım demokratik Qırğızıstana getmir, ancaq Özbəkistana hər birinin qiyməti yarım milyon dollar olan 328 zirehli texnka verilir. Bundan sonra ABŞ-ın o vaxtkı dövlət katibi Con Kerri Qırğız Respublikasına səfər etmişdi. 

Mən ondan soruşdum: "Belə olan halda, siz demokratiya ilə bağlı ucadan necə danışa bilirsiniz?"

Mən 6 ildir prezidentəm. ABŞ xalqı deyil, hakimiyyəti tərəfindən həmişə belə münasibət görmüşəm. ABŞ-a gəldikdə isə biz başa düşdük ki, onlara neft, təbii qaz və özlərinə lazım olan başqa maraqlar daha vacibdir. ABŞ-a dünyada demokratiyanın bərqərar olması lazım deyil. Barak Obama məni məyus etdi. İndiki prezident isə yalnız ABŞ-ın işləri ilə məşğul olacağını deyir”, – Atambayev vurğulayıb.