XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2017 - 19:59

Binəli Yıldırım İraq baş naziriylə birgə Bərzaninin “nəfəsi”ni kəsəcək:"Mosul-Süleymaniyyə-Ceyhan neft xətti bərpa olunacaq"

Türkiyə Baş naziri Binəli Yıldırım oktyabrın 15-də İraqa səfər edəcək.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində Binəli Yıldırımla iraqlı həmkarı Heydər əl Abadi Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi referendumu müzakirə edəcək, eyni zamanda, bir çox məsələlərlə bağlı ortaq qərarların detallarını razılaşdıracaqlar.

Məlumata görə, müzakirələrin əsas mövzularından biri də Ərbildən keçən neft xəttinin alternativinin bərpası olacaq: "2014-cü ildə Mosul-Süleymaniyyə- Ceyhan neft xətti İŞİD təhdidi səbəbindən bağlanmışdı. Bu gün İraqın Neft Nazirliyi Ərbildən keçən yeni xəttin qapadılaraq, həmin köhnə xəttin, yəni Mosul-Süleymaniyyə – Ceyhan neft xəttinin bərpa edilməsinə göstəriş verib. Çox böyük ehtimalla, Binəli Yıldırımın səfərində Ərbilin daha çox güvəndiyi neft xəttinin tamamilə qapadılması və Mosul-Süleymaniyyə – Ceyhan neft xəttinin daha tez işə salınması gündəmdə olacaq. Əgər Ərbildən keçən neft xətti bağlanarsa, bu o deməkdir ki, Bərzaninin "nəfəsi kəsiləcək"".

Türkiyə mətbuatı onu da bildirir ki, səfərdə hər iki ölkənin baş naziri İŞİD, PKK/YPG və digər terror qruplaşmalarına qarşı ortaq mübarizə ilə yanaşı, Başikadakı türk əsgərlərinin varlığı ilə də bağlı müzakirələr aparacaq.