XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2017 - 20:45

ABŞ 5+1 sazişindən çıxmadı, ancaq İrana sanksiya tətbiq etdi –Trampdan rəsmi Tehrana sərt ittihamlar

Amerika Birləşmiş Ştatları İranla bağlanmış 5+1 sazişindən çıxmamaq qərarı verdi.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, prezident Donald Tramp topnatıdan sonra açıqlama verərək, bir daha İranla bağlanmış sazişin rəsmi Vaşinqtonun milli maraqlarına cavab vermədiyini bildirib.

Lakin o, sazişdən hələlik çıxmayacaqlarını bəyan edib.

Tramp bildirib ki, İranın hakim rejiminin fəaliyyəti diqqətindədir: "İran terrora dəstək verir. Biz İranın nüvə silahına sahib olmamasına çalışırıq və bu üzdən anlaşmanın gözdən geçirilməsi vacibdir".

Tramp daha sonra İran İnqilab Keşikçiləri Korpusuna qarşı "bölgədə terrora dəstək" ittihamı ilə sanksiya tətbiq edəcəklərini bəyan edib: "Artıq Maliyyə Nazirliyinə bu barədə tapşırıq verilib".

Strateq.az