XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 00:31

Ruhanidən Trampa sərt təpki:"Bundan sonra  İran raket istehsalını  daha da  gücləndirəcək"

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald  Trampın verdiyi açıqlamalara münasibət bildirib.

 H.Ruhani  ABŞ prezidenti Donald Trampın  Fars Körfəzini  Ərəb Körfəzi adlandırmasını  tənqid edib və deyib ki,  D.Trampın çıxışı küfr və ittihamdan başqa bir şey deyil:  "Mən onu tarixi, həm də coğrafiyanı bir dəfə də oxumağa dəvət edirəm. O, həmçinin beynəlxalq öhdəlikləri və ədəb qaydalarını öyrənsin”.

H.Ruhani İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) dəstəkləyib və deyib ki,  SEPAH  güclü bir qüvvədir və  xalq həmişə onun yanındadır: "Açıq şəkildə deyirəm ki, biz  terrorun qarşısında durmuşuq və durmağa davam edəcəyik”.

H.Ruhani bildirib ki, ABŞ-ın məqsədi İranda iqtisadiyyat və investisiyaya ziyan vurmaq və Hərtərəfli Birgə Fəaliyyət  Planının pozulmasına nail olmaqdır.

"Siz İranın raketlərinə görə narahatsınız? Siz bu regionda həmişə təcavüzkar olmusunuz.  Bizim raketlərimiz özünümüdafiə üçündür.  Daim müdafiə üçün qətiyyətli olmuşuq, bu gün  həmişəkindən daha da çox  silah istehsal etmək üçün çalışacağıq.   İran bundan sonra  öz raket istehsal proqramını  daha da  gücləndirəcək. İrana silah sırf müdafiə üçün lazımdır”, deyə H.Ruhani bildirib/APA.