XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Oktyabr 2017 - 12:13

Atambayev Nazarbayevi hədələdi:“Sərhəd açılmasa, Avrasiya  İttifqının sammitinin çağırılmasını tələb edəcəm”

“Əgər Qazaxıstan 2- 3 günə qırğız-qazax sərhəddində qoyduğu məhdudiyyəti götürməsə, Avrasiya  İttifaqının sammitinin çağırılmasını tələb edəcəyəm”.

Strateq.az bildirir ki, bu barədə Qırğızıstanın prezidenti Almazbek Atambayev jurnalistlərə bildirib.

“Bu gün seçkiləri keçiririk. Əgər 2 günə bu məhdudiyyət götürülməsə, o zaman sammitin çağırılmasını tələb edəcəyəm. Mənim belə hüququm var. Biz aydınlaşdırmalıyıq: əgər bu İttifaqdırsa, o zaman bütün ölkələr bərabər olmalıdır. Əgər bərabər deyilsə, onda bu nə ittifaqdır?” –deyə Atambayev deyib.

Qırğızstan sərhəd xidməti bəyan edib ki, Qazaxstanın tətbiq etdiyi bu məhdudiyyət sərhəddə böyük sıxlıq yaradıb. Astana isə bildirir ki, bütün ölkə sərhəddi boyu planlaşdırılmış sərhəd əməliyyatı keçirilir.