XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2017 - 20:53

“Kərkükə PKK-çıların yerləşdirilməsi Bağdada savaş elanıdır” –İraq hökumətindən Ərbilə daha bir təhdid

İraq Mərkəzi Hökiməti ilə Şimali İraq Kürd Muxtariyyəti arasında Kərkük uğrunda ziddiyyətlər savaş həddinə çatıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraq hökuməti rəsmi Ərbili Kərkükə PKK terroristlərini yerləşdirməkdə ittiham edərək, bunun savaş anonsu olduğunu bəyan edib: "PKK terroristlərinin sürətlə Kərkükə yerləşdirilməsi və həmin terroristlərin oradakı varlığı rəsmi Bağdada savaş elanıdır".

İraq hökumətinin yaydığı bu sərt bəyanata muxtariyyətdən də dərhal cavab veriib. Bildirilib ki, mərkəzi hökumətin ittihamı əsassızdır: "Kərkükdə PKK-çılar yoxdur. Bu ittihamlar yalandır".