XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 15:22

İraq ordusu peşmərgə ilə döyüşdən qalib çıxdı, daha bir qəsəbə alındı –Kərkükə isə yeni vali təyin edildi

İraq ordusu Kərkükdəki hava limanı, hərbi baza və neft qaynaqlarını ələ keçirdikdən sonra ölkənin baş naziri Heydər əl-İbadi İraq Kürd Muxtariyyətinə bağlı olan kürd döyüşçülərinə (peşmərgə) müraciət edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir peşmərgəni İraq ordusuna xidmət etməyə çağırıb.

Baş nazir eyni zamanda, Kərkükə yeni vali təyin edib. Yeni vali Rakan əl-Jbourrinin qarşısına şəhərdə qısa müddətdə dövlət idarəçilyini bərpa etmək tapşırığı qoyulub.

Bu arada isə İraq ordusu ilə peşmərgə arasında Təzəhurmatu qəsəbəsi uğrunda döyüşlər gedib. Lakin kürd qüvvələri orduya sonadək müqavimət göstərə bilməyib. Ordu qəsəbəyə daxil olaraq, tam nəzarəti bərpa edib.

Məumata görə, döyüşdə 10 peşmərgə əsgəri öldürülüb, 27 kürd döyüşçü isə yaralanıb.