XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

02 Yanvar 2016 - 16:09

Şiələrin lideri Səudiyyəyə qarşı etirazlara çağırdı: “Cəsarətinizi göstərin!”

Məşhur şiə ruhanisi Nimr əl-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi İranda ciddi etirazlara səbəb olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın «Mehr» agentliyi məlumat yayıb.
Məlumata görə, İranın Qum şəhərində Nimr əl-Nimrin edamına etiraz olaraq nümayiş keçirilib. 

İraqdakı radikal şiələrin lideri Muktada əs-Sədr isə Yaxın Şərq ölkələrini etiraza, Səudiyyə Ərəbistanına qarşı səfərbər olmağa çağırıb: «Mən bütün şiələri dinc nümayişlərdə Səudiyyə Ərəbistanına öz cəsarətlərini göstərməyə çağırıram. Həmçinin Fars körfəzi ölkələrindəki şiələri dövlət səviyyəsində terrora etiraz etməyə səsləyirəm».

O, İraq hökumətini Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələri bərpa etməməyə də çağırıb.

Xatırladaq ki, 25 illik fasilədən sonra Səudiyyə krallığı İraqda öz səfirliyini açıb.