XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 21:38

ABŞ ordusu Kərkük ətrafına gəldi:"Məqsədimiz tərəfləri böyük savaşdan çəkindirməkdir"

ABŞ ordusunun İraqdakı komandiri bir qrup hərbçi ilə Kərkük ətrafına gəlib. Hazırda Amerika ordusunun komandiri Kərkükdən Kürd Muxtariyyətinin paytaxtı sayılan Ərbilə gedən mərkəzi yolda mövqe seçərək, İraq qüvvələrinin hərəkətlərini müşahidə edir.

Strateq.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, Pentaqon hazırda İraq ordusu ilə kürd peşmərgələrinin açıq və böyük savaşa girməmələrinə çalışır: "Hazırda İraqdakı Amerika komandirləri həm İraq ordusunu, həm də kürd döyüşçülərini bir-biri ilə döyüşə girməməyə təlqin edir. Məqsədimiz tərəfləri böyük savaşdan çəkindirməkdir".

Pentaqondan bildirilib ki, hazırda orada olmaları tərəflərdən heç biri üçün təhdid anlamına gəlməməlidir: "ABŞ-ın liderliyi altında olan koalisyon qüvvələrinin Kərkük yollarında olması tərəflərdən heç birinə qarşı təhdid deyil".