XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 00:07

“ABŞ Bərzaninin burnunun əzilməsini istəyir, lakin İraqa sona qədər getməyə imkan verməyəcək” –Türk araşdırmaçı

Xəbər verdiyimiz kimi, ABŞ-ın İraqdakı ordusu peşmərgədən azad edilən Kərkük ətrafına yerləşib.

Pentaqon bunu tərəfləri daha böyük savaşdan çəkindirmək məqsədi daşıdığını bəayan edib. Bildirilib ki, ABŞ Kərkük əməliyyatında İraq və ya kürdlər arasında tərəf tutmur: "Əksinə, onların daha ağır döyüşlərə atılmamasına çalışır".

Strateq.az xəbər verir ki, Amerika ordusunun bu qəfil həmləsi və rəsmi Vaşinqtonun hazırkı vəziyyətə baxışı ilə bağlı Türkiyənin araşdırmaçı jurnalisti Nevzad Çiçək maraqlı şərh verib.

Onun sözlərinə görə, hazırkı mərhələdə ABŞ və İsrailin proseslərə müdaxilə edəcəyi  gözlənilmir:

"Bəziləri İraq ordusuna çox ciddi dəstək verən "Haşdi Şabi"yə görə ABŞ və israilin prosesə seyrçi qalmayacağını və bu gün-sabah hadisələrə müdaxiə edəcəklərini düşünür. Ancaq nəzərə almaq lazımdır ki, "Haşdi Şabi" 60-dan çox qrupun bir araya gələrək, qurduğu güclü ordu halına gəlib. Düzdür, bu qrupu məzhəbçilikdə ittiham edənlər var. Lakin fakt odur ki, onlar bu iddianın təsdiqini tapmaması üçün son vaxtlar əllərindən gələni edirər.

Son Kərkük əməliyyatında da bunu təsdiqləyən görüntü vermədilər. Üstəlik, müxtəlif məzhəb və etnik qruplardan ibarət İraq parlamentinin də "Haşdi Şabi"yə baxışı yüksəkdir.  Yəni bu gün artıq İraq ordusu dedikdə "Haşdi Şabi" və ya "Haşdi Şabi" dedikdə İraq ordusu başa düşülür. Bəli, bunlar bir-birindən fərqli deyillər.

Ona görə də ABŞ və ya İsrailin bu qrup üzərindən proseslərə müdaxilə etməsi mümkünsüzdür. Bu, Amerika üçün, onun İraqdakı ordusu üçün indiki mərhələdə uğurdan çox, zərər gətirər. Əksinə, məncə, ABŞ "Haşdi Şabi"nin İraq ordusuna yaxından dəstək verib, birgə əməliyyat keçirməsində daha çox maraqlıdır.  Çünki Vaşinqtonun başqa marağı var".

Jurnalistin sözlərinə görə, Vaşinqton sadəcə referendum prosesində ona qulaq asmayan Bərzanini cəzalandırmaq istəyir: 

"Düşünürəm ki, ABŞ-ın proseslərə hələlik seyrçi yanaşmasında əsas məqsədi referendum prosesi zamanı onu dinləməyən Bərzaninin burnunun əzilməsini görməkdir. İraq ordusu "Haşdi Şabi"nin simasında bunu edəcək. Lakin İraq ordusunun daha çox irəliləməsinə imkan verilməyəcək. Son anda ABŞ neydana atılıb, "ənənəvi xilasedici" rolunu oynayacaq".

Strateq.az