XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2017 - 11:04

Heydər əl İbadidən “Haşdi Şabi”yə sərt mesaj:"Bütün etnik və dini qruparın ev və digər mülkləri qorunacaq"

Iraqın baş naziri Heydər əl İbadi Kərkükdə "Haşdi Şabi" qrupunun bəzi kürd kökənli məmurların evinə girərək, talançılqla məşğul olmaları haqqında xəbərlərə sərt reaksiya verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baş nazir yazılı açıqlamasında Kərkükdə təhlükəsizliyin yerli polis və terrorla mübarizə birlikləri tərəfindən təmin edildiyini vurğulayıb:

"Kərkükdə bundan sonra yerli polis və terrorla mübarizə birliklərindən savayı, heç bir silahlı qrupun olmasına imkan verilməyəcək".

Baş nazir bəyanatında şəhərdə etnik qruplar arasında qarşıdiurma yaratmaq istəyənləri isə hədələyib: 

"Təxribar xarakterli görüntülər göstərərək, xalq arasında fitnə və nifrət yaratmaq istəyən şəxslərin cəzalandırılacağına isə heç kimin şübhəsi olmasın. Belə şəxslərin qaçışı yoxdur. Kərkükdə təhlükəsizlik təmin olunub. Bütün etnik və dini qruparın ev və digər mülkləri qorunacaq".

Strateq.az