XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2017 - 15:44

İraq Ali Məhkəməsi Bərzaninin müavini haqda həbs qərarı çıxardı –O, görüldüyü yerdə tutulacaq

İraq mərkəzi hökuməti Kürd Muxtar Vilayətinin rəhbəri Bərzaniyə qarşı daha bir sərt addım atıb.

Strateq.az "Reuters"ə istinadən xəbər verir ki, mərkəzi hökumətin tələbi ilə İraq Ali Məhkəməsi Bərzaninin müavini Kosrət Rəsulun haqqında həbs qərarı çıxarıb.

Belə bir qərarın verilməsinə səbəb isə onun Kərkükdəki Iraq ordusunu "işgalçı güclər" adlandırmasıdır: "Ali Məhkəmənin verdiyi qərara görə, Kosrət Rəsulu  7 il həbs cəzası gözləyir. Məhkəmə Bərzaninin müavini haqda axtarış da verib, o, görüldüyü yerdə tutulacaq".

Məhkəmənin bu qərarına Kürd Muxtar Vilayətindən hələlik şərh gəlməyib.