XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2017 - 22:06

“Trampa dedim ki, İŞİD-i birlikdə yox edək, razılaşmadı…” –Ərdoğandan maraqlı açıqlamalar

Prezident Ərdoğan az əvvəl "TRT World"da maraqlı açıqlamalar verib.

Strateq.az xəbər verir ki, o, yenə BMT-ni tənqid edib, qurumun Təhlükəsizlik Şurasının dünyaya ədalət "dağıtmadığı"nı deyib:

"Hazırda güclü olanın haqlı olduğu bir dünyada yaşayırıq. Mən belə bir dünyada yaşamaq istəmirəm. Belə bir dünyada yaşamaq bizə zülmdür. 

Türkiyə Suriyadan qaçan 3,5 milyon insana qucaq açıb, onlara indiyədək 30 milyard xərcləmişik. Ancaq dünyadan ədalətli səs çıxmır. Dünya beşdən böyükdür, deyirəm. Dünyanı 2-ci Dünya Müharibəsinin şərtlərində dəyərləndirən güclər var. Ancaq dünya artıq şərtlərdə deyil. Geçdi o illər.

Bütün dünya beş daimi üzvün dodaqlarının arasındadır. Mən deyirəm ki, artıq bunun dəyişməsi lazımdır. 196 dövlət BMT-də bunun mücadiləsini verməlidir. Ancaq bu dövlətlərin liderləri ikili görüşlərdə mənə "hə" deyirlər, lakin onların qabağına çıxanda durub "dünya 5-dən böyükdür" deyə bilmirlər. Niyə? Çünki bağlılıqları var".

Daha sonra Ərdoğan ABŞ prezidenti Trampla terrora qarşı mübarizə çərçivəsində apardığı danışıqlardan maraqlı detalı açıb: "Baxın, PYD və YPG-ni İŞİD-ə qarşı kim yanına aldı? ABŞ. Bir terror təşkilatını digər terror təşkilatı ilə islah etmək doğrumudur? Cənab Trampa bunu dedim. Əlavə etdim ki, "gəlin İŞİD-i bərabər yox edək. Bunun üçün 2 hərbi birləşmə hazırladıq". Lakin o, yenə dedi ki, yox, biz PYD ilə yox edəcəyik".

Strateq.az